Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Bu gün aktrisa Mila Bekova Lent.az-a müsahibə verib.
Aktrisa öz müsahibəsində həkim səhlənkarlığından danışıb. O, kosmetoloji əməliyyat zamanı yaranan infeksiya nəticəsində bədənindən aylardır,
Lent.az məsələyə münasibət bildirməsi üçün sözügedən həkimlə əlaqə saxlayıb.
Həkim Ülviyyə İlyasova açıqlamasında qeyd edib ki, Mila Bekovanın bədənində yaranan problemin səbəbkarı o deyil: “Mənim əlimdə bununla bağlı ekspertin rəyi də var, hansı ki biz onu prokurorluğa təqdim etmişik.
Onu da əlavə edim ki, xanımın bədəni ümumiyyətlə, heç bir proseduru qəbul etmir.
Çünki məndən öncə rekonstruktiv cərrah tərəfindən xanımın arxa sarğı nahiyəsinə süni implant qoyulub.
Bədən implantı qəbul etməyib və irinlər axmağa başlayıb. Türkiyədə xanımın bədənində olan implantı xaric ediblər.
Böyük ehtimalla, pasiyentin özünə də artıq bədəninə heç bir toxunuş etdirməməli olduğu barədə məlumat verilib.