Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aktrisa Cəmilə Tağızadə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən şikayət edib.
Axşam.az xəbər verir ki, 3 ildir Mərdəkanda yaşayan aktrisa hər yay su problemi ilə üzləşdiklərini deyib. O bildirib ki, su küçədə axır, amma evlərə gəlmir:
"3 ildir Mərdəkana köçmüşük. Yay aylarında su problemi ilə rastlaşırıq. "Azərsu"dan şikaytim var. Zəng edirik, qaynar xəttinizə düşə bilmirik. Açanda da deyirsiniz ki, hər yerdə su problemi var. Amma necə olur ki, küçədən su kanalizasiyaya axıb gedir. Amma su sakinlərə çatmır. Bunu izah edin".