Aktrisaya pərəstişkarlarından böyük jest

03.12.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Afra Saraçoğlunun pərəstişkarları aktrisanın doğum günü münasibətilə böyük kampaniya başladıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, fanatları doğum gününü qeyd edən aktrisanın adından külli miqdarda vəsait toplayaraq ehtiyacı olan qurumlara bağışlayıblar. ""Təhsildə Bərabər Fürsət" missiyası ilə uşaqların həyat hekayəsini dəyişdirən Darüşşafaka Cəmiyyətinə ianə kampaniyası təşkil edirik, kampaniya sayəsində istedadlı tələbələrə köməklik göstərməkdən məmnunuq. Valideynləri həyatda olmayan, maddi imkanı çatmayanları gələcəyə inamla hazırlamağa söz veririk. Doğum günün mübarək Afra Saraçoğlu!" deyə onlar bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью