Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baku.TV-də yayımlann "Aktual Gündəm"də bu dəfə də gündəm olan problemlərdən biri müzakirə ediləcək.
BAKU.WS xəbər verir ki, aparıcı Elçin Əlibəylinin təqdimatında baş tutacaq verilişin anonsu yayımlanıb.
Anonsda qeyd edilib ki, veriliş boyunca ekspertlərin də iştirakı ilə "Məktəb forması, məktəblilərin geyimi niyə valideynlərdə narazılıq yaradır?", "Açıq-saçıq geyimlər, dini libaslar məktəbin nizam-intizamına necə təsir edir?" suallarına cavab axtarılacaq.
Tamaşaçılar "Aktual Gündəm" adlı verilişini bu gün saat 13:00-da Baku.TV-nin canlı efirində izləyə bilərlər.