Aktual gündəm: Məktəbdəki geyimlərlə bağlı gündəmi zəbt edən məsələ

02.02.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Baş örtülü uşaq yoxdur. Bəlkə onlara da məktəb dövründə deməyiblər ki, şagird baş örtüsüz olsun. O məqamla rastlaşmamışam".

BAKU.WS xəbər verir ki, bu sözləri "Baku" TV-nin "Aktual gündəm" verilişinə qonaq olan Milli Məclisin üzvü Ülviyyə Həmzəyeva deyib.

Açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundan danışan Ülviyyə Həmzəyeva özünün də çalışdığı kollektivdə başı örtülü qadın olduğunu bildirib:

"Bizim kollektivdə də başı örtülü qadın var. Mən düşünürəm ki, bu onun öz dini görüşüdür. O işə belə gəlir. Mən özüm elə ailədə böyümüşəm ki, iki nənəm də hicab taxıb. Düzdür, indiki kimi xüsusi baş örtükləri olmayıb. Amma yaylıqları olub, onunla başlarını örtüblər. Düşünürəm ki, o xüsusi elə xüsusi formadır. Biz o formadan çıxmalıyıq. Bu bizim övladlarımızın xüsusi forması deyil. Əgər başı örtülü olmağını istəyirsə, bizim xüsusi kəlağayılar var, onlardan istifadə edə bilərlər. Burada mütləq deyil ki, o qara rəngdə olsun".

Ətraflı videoda:

View this post on Instagram

A post shared by @baku.ws_official

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью