Aktürkoğlu qol ötürməsi verdi, Benfika qalib gəldi

07.04.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" Portuqaliya çempionatında 28-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, lider komanda evdə 3-cü yerdəki "Portu" ilə qarşılaşıb. Görüşdə "Benfika" 4:1 hesabı ilə qalib gəlib. 

Həm Kerem, həm də Orkun matça start heyətdə başlayıblar. Kökçü sonadək oynayıb. Aktürkoğlu isə 90-cı dəqiqədə əvəzlənib. "Benfika"nın ilk qolunun - Vagnelis Pavlidisin 1-ci dəqiqədə vurduğu qolun ötürməsini də Kerem Aktürkoğlu verib.

Hazırda 1-ci pillədə olan "Benfika"nın 68 xalı var. 3-cü sıradakı "Portu" isə 56 xala malikdir.

"Portu" - "Benfika" - 1:4

Qollar: Aqehova, 81 - Pavlidis, 1, 43, 69, Otamendi, 90+4

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью