Aktürkoğlu vurdu, “Fənər” Avropada 400 ə çatdı

03.10.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Fənərbaxça” UEFA Avropa Liqasının əsas mərhələsinin II turu çərçivəsində evdə “Nitsa”nı qəbul edib.

Apasport.az xəbər verir ki, görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sarı-lacivərdlilər"in hər iki qolunu Kerem Aktürkoğlu vurub. O, bu nəticə ilə komandanın tarixində adını yazdırıb.

Belə ki, 26 yaşlı vinger Super Liqa təmsilçisinin Avropa matçlarındakı 400-cü qolunun müəllifi olub.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Kerem mövsümün əvvəlində “Benfika”dan 25 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunub.

Fransa millisinin heyəti açıqlanıb ÇL: Həftənin oyunçusu bəlli oldu Çempionlar Liqasında həftənin qoluna namizədlər: Addai də siyahıda ÇL: Həftənin futbolçusu adına 4 namizəd Mateuş Silva: “Qələbələr bizi arxayınlaşdırmamalıdır”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью