Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.
Modern.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib.
"Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz və teatrımızın bir neçə əməkdaşı da onun nəşinin qarşılanması və aparılması ilə bağlı hava limanında olublar. Hazırda onun nəşi Lerikə aparılır. Aslan müəllim doğulduğu Çayurd kəndində dəfn ediləcək", - deyə H.Rüstəmova bildirib.