Aktyor: Azərbaycanda bloger yoxdur

18.02.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Biz blogerliyə əlavə gəlir yeri kimi baxırdıq. İndi isə bir nömrəli gəlir yerimizdir. O biri blogerlərdən fərqimiz - biz aktyor-aktrisa kimi tanınmışıq. İndi isə həm də blogerlik edirik”.

Bu sözləri aktyor Elvin Ağayev “Günə doğru” verilişində deyib.

Aktrisa Elvina Atakişiyeva isə Azərbaycanda bloger olmadığını bildirib: “Biz video kontent yaradırıq, ya da başqa ölkələrdən götürürük. Azərbaycanda bloger yoxdur. Xarici blogerlər faydalı, maraqlı videolar çəkirlər. Bizdə yoldan keçənlər də sosial mediaya gəlir, söyüşlə, açıq-saçıqlıqla gündəm olurlar. Onları görəndə düşünürəm ki, biz niyə sosial mediada varıq? Adam həvəsdən düşür”(Musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью