Aktyor Ceyson Momoa “Old Trafford”da “Mançester Yunayted” “Fulhem” oyununu izləyib FOTO

03.02.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aktyor Ceyson Momoa İngiltərə Premyer Liqasının 24-cü turunda “Mançester Yunayted” - “Fulhem” (3:2) oyununda iştirak edib.

İdman.Biz bildirir ki, oyun 1 fevral bazar günü Mançesterdəki “Old Trafford”da baş tutub.

Klubun mətbuat xidməti tərəfindən X sosial media saytında aktyorun stadionda “Mançester Yunayted”in geyimində şəkli dərc edilib.

Bildirilib ki, Momoa “Old Trafford”a sadəcə oyunu izləmək üçün gəlməyib, həm də Mançesterdə özünün “Oof Tatata” qrupu ilə birlikdə “Yunayted”in köhnə formasında çıxış edib.

“Mançester Yunayted” hazırda 24 oyundan sonra 41 xalla Premyer Liqa turnir cədvəlində dördüncü yerdədir. “Yunayted” növbəti oyununu 7 fevralda “Tottenhem Hotspur”a qarşı keçirəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью