Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Aktyor Ziya Ağa sənətə gəldiyi ilk vaxtlardan söz açıb.
Adalet.az bildirir ki, o, ifa etdiyi rollardan və yaşadığı travmalardan danışıb:
“Mən ilk filmimdə rol ifa edəndə elə bilirdim ki, Alpaçino kimi oynayıram. İnsan kənardan özünü görmür axı. Hətta özümü qınayırdım ki, mən bu vaxta kimi niyə oynamırdım. Elə bilirdim ki, dünyada məndən yaxşı rol ifa edən aktyor yoxdur. Həmin an düşünürdüm ki, Azərbaycan kinosunun xilası olacam. Bundan əvvəl qapı satırdım. Filmə baxdım, travma yaşadım, dedim belə aktyor olar. Filmdən əl çəkdim, yenidən qapı satmağa başladım.
Artıq özümə bir yol seçməyə başladım. Məqsədim də bu oldu ki, ilk olaraq tamaşaçıya kinonu, teatrı sevdirmək lazımdır. Daha çox insanların öyrəşdiyi tərzdə rollar ifa etmək lazımdır. Ondan sonra pyeslər əsasında qurulmuş tamaşa oynamaq olar. Çünki tamaşaçı o pyesləri kitabxanadan götürüb oxumur, axı pyesdə təsvir yoxdur. Tamaşaçı üçün bu maraqsızdır”.
Əntiqə