Aktyor mərhum həmkarı Azər Baxşəliyevdən danışaraq kövrəlib

06.01.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Aktyor İslam Mehrəliyev "İncə səhər" verilişində mərhum həmkarı Azər Baxşəliyev haqqında danışaraq kövrəlib.
Missiya.Az
xəbər verir ki, aktyor bu fikirləri bölüşüb:
“Bircə dəfə onu kövrələn gördüm. Çay içirdik. Nəsə boşluq yarandı və telefonuna baxdı. Bir şəhid uşağını gördü, Telefonla evə səs göndərmişdi. Uşaq atasına deyirdi, gəl, gözləyirəm. Baxdım ki, Azərin gözü doldu. Dedi, uşaq atasını gözləyib, o da şəhid olub, qayıtmayıb. Bu gün Azər öz övladına bunu etdi”.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью