Aktyor oğru rolunu elə yaxşı oynadı ki... qonşular polis çağırdı

23.01.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Avstraliyalı aktyor Devid Hauell “Run” adlı yeni serialın kastinqində bank soyğunçusunu o qədər inandırıcı canlandırıb ki, qonşular bunun real cinayət olduğunu düşünüb polis çağırıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mini-serial Avstraliyanın məşhur bank soyğunçusu, “Poçt banditi” ləqəbli Brenden Ebbottun həyat hekayəsinə əsaslanır.

Hadisə yerinə gələn polis və taktiki qrup isə çəkiliş heyəti tərəfindən bunun sadəcə kastinq olduğu barədə məlumatlandırılıb.

Qeyd edək ki, serial Ebbottun 80–90-cı illərdə 40-dan çox bank soyğununda iştirak etməsindən, illərlə gizlənməsindən və 1998-ci ildə həbs olunmasından bəhs edir. O, 2028-ci ilin avqustunda azadlığa çıxa bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью