Aktyor pilləkən boşluğunda ölü tapıldı!

21.11.2026

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika Beysbol Liqasının (MLB) komandalarından “Chicago White Sox” və “New York Mets” klublarının formalarını geyinmiş, idman karyerasını başa vurduqdan sonra isə Hollivud filmlərində aktyorluq edən Lens Brodvey 43 yaşında vəfat edib.

OLAY yazır ki, Dallas dairəsinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin rəsmilərinin açıqlamasına görə, Brodvey ABŞ-nin Texas ştatında yerləşən yaşayış komplekslərindən birinin pilləkən boşluğunda ölü tapılıb.

Gənc yaşda baş verən qəfil ölümün dəqiq səbəbinin və xarakterinin müəyyən edilməsi üçün başladılan məhkəmə-tibbi ekspertiza və toksikoloji analizlərin nəticələrinin hələ açıqlanmadığı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью