Aktyor Qalib Məlikov vəfat etdi

15.06.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Tanınmış xanəndə, Salyan Dövlət Kukla Teatrının aktyoru Qalib Məlikov dünyasını dəyişib.
O, uzun sürən xəstəlikdən sonra 55 yaşında vəfat edib.
O, yaradıcılığı dövründə yüzlərlə tamaşada müxtəlif və yaddaqalan obrazlar canlandıraraq teatr sənətinə öz töhfəsini verib.
Qalib Məlikov eyni zamanda kinoda da fəaliyyət göstərib. O, kinorejissor Kürçaylı Məmmədovun “Bərə” filmində ata obrazını uğurla canlandıraraq tamaşaçıların yaddaşında
qalıb.
Qeyd edək ki, Qalib Məlikov 21 may 1971-ci ildə Salyan rayonunda anadan olub. (Unikal)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью