Aktyor qayığını satışa çıxardı 80 milyon...

17.06.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ 80 milyon lirə dəyərindəki xüsusi istehsal qayığını təcili satışa çıxarıb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Tatlıtuğun bu ani qərarının arxasında isə bir neçə ay öncə dəniz qəzasında yaxın dostu Halit Yukayı itirməsidir.

Ailənin xoş anlarına ev sahibliyi edən “Mazu 52 HTS” model və xüsusi avadanlıqlara sahib olan və 1.5 milyon avrodəyərində qiymətləndirilən lüks qayıq təcili satış siyahısına salınıb. Bildirilir ki, sözügedən lüks qayığı məhz mərhum dostundan alıb və qayığa hər dəfə mindikdə onun xatirələri ilə üzləşdiyi üçün emosional olaraq çətin anlar keçirir. Buna görə də o, qayıqla yollarını ayırmaq qərarı verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью