Aktyor qəzaya düşdü

22.02.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Aktyor Əlixan Rəcəbovun başına iş gəlib.

Avtosfer.az-ın məlumatına görə, Əlixan bildirib ki, qarlı və şaxtalı havada avtomobilini vurub.

Bununla bağlı instaqramda paylaşım edən Rəcəbov hadisəni belə nəql edib:

“Avtomobilimi vurdum. Saxlamaq istəyirdim yol sürüşkən idi deyə, bacarmadım. Birtəhər fırladıb, getdim dəydim qabağımda duran maşına. Sağ olsun sürücü anlayışla qarşıladı, bir-birimizə yaxşı yol arzulayıb, dağılışdıq. Yavaş sürün, diqqətli və anlayışlı olun”. /olay.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью