Aktyor: “Qorxmursuz balalarınızın gələcəyindən”?

16.02.2026

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Aktyor Kamran Yunis  son  zamanlar çəkilən filmlərin rejissorlarını  tənqid edib.

Adalet.az bildirir ki, o, filmlərdə işlənən vulqar ifadələri  qəbul etmədiyini  qeyd edib:

O, “Kimsə məndən inciməsin... Film çəkən, dostlarım,  mən yəqin gerizəkalıyam. Sizin filmlərdəki ana-bacı söyüşlərini, var-yox söyüşlərini qəbul edə bilmirəm. Tək bir sual. Niyə müasir mədəniyyət - filmlər, tamaşalar, TV- lər ancaq əxlaqsızlığı, iyrəncliyi, murdarlığı  təbliğ edir? Qorxmursuz balalarınızın gələcəyindən? Bağışlayın, yəqin mən geridə qalmışam”,  yazıb.

Əntiqə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью