Aktyor və ailəsi hoteldə ölümdən son anda xilas oldular

02.10.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Rusiyalı aktyor İvan Oxlobıstin Donbasda olarkən həyat yoldaşı və kürəkəni ilə birlikdə atəşə tutulub.

Axşam.az xəbər verir ki, bu barədə onun dostu, kinorejissor Oleq Fomin məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin atdığı mərmi aktyorun qaldığı hotel otağına düşüb. Hadisə Oxlobıstin və ailə üzvləri binanı tərk etdikdən cəmi bir neçə dəqiqə sonra baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью