Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda Mehmet Dəmir adlı şəxsin akvariumda saxladığı pirani balıqları onun əlini dişləyərək ciddi xəsarət yetirib.
Lent.az xəbər verir ki, Dəmir balıqları başqa akvariuma köçürmək istəyərkən onları əli ilə götürməyə çalışıb.
Bu zaman balıqlardan biri onun ovcundan dişləyərək böyük bir tiklə ət qoparıb.
Yaralı şəxs dərhal xəstəxanaya aparılıb və ona tibbi müdaxilə edilib.