Fanat saytına istinadən Icma.az xəbər verir.
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Portuqaliya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək. Oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Bakıda keçirilən mərhələnin ilk oyununda Macarıstana 1:3 (19:25, 25:22, 27:229, 16:25) hesabı ilə uduzub.
Toğrul