AL: Beşiktaş Şaxtyor səfərində, Sabah ın potensial rəqibi bəlli olur YENİLƏNİR

01.08.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Avropa Liqasında II təsnifat mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün raundun cavab görüşləri keçiriləcək.

Türkiyə təmsilçisi "Beşiktaş" "Şaxtyor"un qonağı olacaq.

İlk matçda 2:4 hesabı ilə məğlub olan "qara qartallar" səfər görüşündə böyükhesablı qələbəyə ümid edəcək.

Azərbaycan təmsilçisi "Sabah"ın potensial rəqibləri də meydana çıxacaqlar. "Braqa" "Levski"ni qəbul edəcək. Komandaların ilk matçı qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, həmin cütün məğlubu Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah" - "Petrokub" duelinin qalibi ilə qarşılaşacaq.

31 iyul
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab görüşləri

AEK - "Selye"
İlk oyun - 1:1
"Hakken" - "Anderlext"
İlk oyun - 0:1
"ÇFR Kluj" - "Luqano"
İlk oyun - 0:0
"Utrext" - "Şeriff"
İlk oyun - 3:1
"Şaxtyor" - "Beşiktaş"
İlk oyun - 4:2
"Hibernian" - "Midtyullan"
İlk oyun - 1:1
"Legiya" - "Banik"
İlk oyun - 2:2
"Braqa" - "Levski"
İlk oyun - 0:0

Matiya Şpiçiç: “Hayduk” “Zirə”ni keçə bilməsə..." “Qarabağ”ın “Şkendiya” ilə matçlarının hakimləri müəyyənləşib UEFA reytinqi: AZƏRBAYCAN RUSİYANI GERİDƏ QOYDU Azərbaycanda ilk: Zubir “100”ə çatdı “Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью