Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
Milli.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın "Neymegen" və Bolqarıstanın "Levski" (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.
Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, "Neymegen" - "Levski" görüşü oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)