Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Çempionlar Liqasının ardından bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turu start götürür.
Fanat.Az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Doqquz qarşılaşma 21:45-də, qalan 9-u isə gecəyarısı (00.00-da) başlayacaq.
Türkiyə təmsilçisi "Fənərbağça" doğma meydanda "Aston Villa" ilə üz-üzə gələcək. Altı 0yunda 11 xal toplayan İstanbul nəhəngi 12-ci pillədə qərarlaşıb. "Aston Villa"nın isə 15 xalı var və 3-cü yerdədir. İngilislər pley-offa vəsiqəni təmin ediblər.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
22 yanvar
21:45. "Fənərbağça" (Türkiyə) – "Aston Villa" (İngiltərə)
21:45. PAOK (Yunanıstan) – "Betis" (İspaniya)
21:45. "Feyenoord" (Niderland) – "Şturm" (Avstriya)
21:45. "Viktoriya" (Çexiya) – "Porto" (Portuqaliya)
21:45. "Yanq Boys" (İsveçrə) – "Lion" (Fransa)
21:45. "Frayburq" (Almaniya) – "Makkabi" (Təl-Əviv, İsrail)
21:45. "Bolonya" (İtaliya) – "Seltik" (Şotlandiya)
21:45. "Malmö" (İsveç) – "Sverna Zvezda" (Serbiya)
21:45. "Brann" (Norveç) – "Midtyullann" (Danimarka)
00:00. "Roma" (İtaliya) – "Ştutqart" (Almaniya)
00:00. "Reyncers" (Şotlandiya) – "Ludoqorets" (Bolqarıstan)
00:00. "Dinamo Zaqreb" (Xorvatiya) - FCSB (Rumıniya)
00:00. "Zaltsburq" (Avstriya) – "Bazel" (İsveçrə)
00:00. "Braqa" (Portuqaliya) – "Nottingem Forest" (İngiltərə)
00:00. "Ferentsvaroş" (Macarıstan) – "Panatinaikos" (Yunanıstan)
00:00. "Nitsa" (Fransa) – "Qo Ahed İqls" (Niderland)
00:00. "Selta" (İspaniya) - "Lill" (Fransa)
00:00. "Utrext" (Niderland) – "Genk" (Belçika)