AL: İkinci mərhələnin iştirakçıları müəyyənləşir

17.07.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin bütün iştirakçıları bu gün müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

8 oyundan biri Azərbaycan təmsilçisinin iştirakı ilə baş tutacaq. Belə ki, "Sabah" Sloveniyada "Sele"nin qonağı olacaq. Ötən həftə Bakıda 2:3 hesabı ilə uduzan "bayquşlar" çətin missiyanın öhdəsindən rəqib meydanında gəlməyə çalışacaq.  

UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab görüşləri
17 iyul
20:00. “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa)

İlk oyun - 0:1.

20:00. “İlves” (Finlandiya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
İlk oyun - 0:6.

21:00. “Hakken” (İsveç) – “Spartak” (Trnava, Slovakiya)
İlk oyun - 1:0.

21:30. ÇFR (Rumıniya) - “Paks” (Macarıstan)
İlk oyun - 0:0.

22:00. “Sele” (Sloveniya) – “Sabah” (AZƏRBAYCAN)
İlk oyun - 3:2.

22:00. “Priştina” (Kosovo) – “Şerif” (Moldova)
İlk oyun - 0:4.

22:00. “Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan)
İlk oyun - 0:0.

23:00. “Partizan” (Serbiya) – AEK (Kipr)
İlk oyun - 1:0.
 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью