AL in finalçıları ÇL in finalçısından daha dəyərli heyətə malikdi

21.05.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün qalibi bəlli olacaq. İspaniyanın Bilbao şəhərində yerləşən ''San Mames'' stadionunda İngiltərənin iki nəhəngi - ''Tottenhem'' ilə ''Mançester Yunayted'' üz-üzə gələcək.

Finaldan öncə ən diqqətçəkən məqam bu klubların heyətinin dəyəridi. Onların ikisinin birlikdə dəyəri 1 milyard 535 milyon avrodu! Belə ki, ''Tottenhem'' 836,1 milyon avro, ''Yunayted'' isə 699,25 milyon avro dəyərə malikdi. Onların hər ikisi dünyanın ən dəyərli klubların ilk ''10-luğ''unda qərarlaşıb.
Müqayisə üçün bildirək ki, Çempionlar Liqasının finalçısı ''İnter'' 663,8 milyon avroluq dəyəri ilə bu siyahıda yalnız 11-ci pillədə qərarlaşıb. İsveçli vinger Deyan Kulusevski 60 milyon avro dəyəri ilə ''Tottenhem''in, Leri Yoro, Kobbi Mainoo və Bruno Fernandeş isə 55 milyon avroluq dəyəri ilə ''Yunayted''in ən bahalı futbolçuları statusundadı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью