“Al Jadeed”: Livanın cənubunda keçirilən etiraz aksiyaları zamanı yaralananlar var

26.01.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İsrail əsgərləri Livanın cənubunda etirazçılara xəbərdarlıq atəşi açıb, nəticədə 5 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, “Hizbullah” şiə təşkilatının tərəfdarları arasından qaçqın ailələri səhər tezdən hərbi əməliyyatlar zamanı dağıdılmış Aita əş-Şaab, Kfar Kila və Meys əl-Cəbəl yaşayış məntəqələrinə gəliblər. Onlar orada mitinqlər və yürüşlər keçirmək, bununla da İsrailin 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, qoşunlarının ölkənin cənubundan çıxarılmasını təxirə salması ilə bağlı etirazlarını bildirmək niyyətində olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью