Azvision saytından alınan məlumata görə, Icma.az bildirir. Bu sözləri Qətər Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Həsən Bərari
O vurğulayıb ki, "sözügedən müharibədə qalib tərəf yoxdur, lakin İsrail daha üstün mövqedədir".
"Əslində, nə "Hizbullah" Qəzza zolağında müharibəni bitirmək, nə də İsrail bu terror təşkilatının kökünü kəsmək məqsədinə çatdı.
Hərçənd İsrail çox sayda terrorçunu, o cümlədən qruplaşmanın rəhbər şəxslərini aradan götürdü.
"Hizbullah" isə İsrailin Livanda quru əməliyyatında isə bu ölkənin təqribən 60 əsgərini öldürüb", - professor söyləyib.
Onun sözlərinə görə, İsrail və "Hizbullah" arasında dünən qüvvəyə minən atəşkəs ABŞ-nin təzyiqi nəticəsində baş tutub.
(Qətər Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Həsən Bərari) "Prezident Co Baydenin yardımı dayandırması fonunda İsrail Hərbi Hava Qüvvələrinin sursat və təchizat baxımından çətinliklərlə üzləşməsi bu ehtimalı açıq-aydın təsdiqləyir.
Üstəlik, Vaşinqton başa düşür ki, Livanın İsrail kimi bu, ya digər ərazi iddiası yoxdur", - Bərari bildirib.