Al Jazeera: Qəzzada yenidən müharibə başlasa, ABŞ

22.01.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu sözləri Qətərin Doha Magistratura Araşdırmaları İnstitutunun professoru Məhəmməd Əl-Misri "Al Jazeera" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "İsrailin hər hərəkətini nəzarətdə saxlamaq zəruridir".
"Dünən İsrail əsgərlərinin Qəzzada bir fələstinlini güllələməsi ilə bağlı video yayılıb. Bu açıq-aşkar pozuntudur, amma atəşkəsin mühafizəsinə cavabdeh ABŞ-dən hər hansı tənqid eşitmədik. Odur ki atəşkəsin ilk mərhələsi başa çatar-çatmaz meydana gələsi hər hadisəyə diqqətlə yanaşmalıyıq. Belə görünür ki, İsrailin müharibəyə təzədən başlamaq niyyətindədir", - mütəxəssis söyləyib.
O, İsrail-HƏMAS müharibəsinin yenidən başlayacağı təqdirdə ABŞ-nin İsrailə artıq hər hansı dəstək verməyəcəyini diqqətə çatdırıb.
"ABŞ Prezidenti Donald Tramp andiçmə mərasiminin ardınca açıq-aşkar bildirdi ki, bu onların müharibəsidir. Bu ifadəni müəyyən mənada ABŞ-nin "əllərini yuyub meydandan çəkilməsi"nə dair bəyanat kimi başa düşdüm", - Əl-Misri vurğulayıb.
Tramp: "Qəzzada atəşkəsin davamlı qalacağına əmin deyiləm"
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evin Oval Ofisində sərəncamlar imzalayarkən jurnalistlərdən birinin "Qəzzada atəşkəs rejimini qoruyub saxlaya biləcəyinizə əminsinizmi?" sualına:
"Düzü, əmin deyiləm ki, Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üzrə razılaşma hər üç mərhələdə qüvvədə qalacaq. Bu bizim yox, onların (İsrail və HƏMAS - red.) müharibəsidir. Əmin deyiləm, ancaq düşünürəm ki, hər iki tərəf çox zəifləyib", - cavabını verib.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью