Al Jazeera: Tehranda mərkəzi küçəyə Yəhya Sinvarın | Icma.az
Azvision saytına istinadən Icma.az xəbər verir. "Al Jazeera" xəbər agentliyi yazır ki, hələlik rəsmən təsdiqlənməyən bu addım təsadüfi deyil
Çünki həmin küçə Cihad (Fatimə) meydanını Fəthi Şəqaqi küçəsi ilə birləşdirir.
Fəthi Şəqaqi (1951-1995) Fələstin İslami Cihadı Təşkilatının qurucusu və ilk baş katibidir.
O da məhz Yəhya Sinvar kimi İsrail tərəfindən sui-qəsd nəticəsində öldürülüb.
(Tehranın mərkəzi Bisütun küçəsi) Xüsusilə sosial şəbəkə platformalarında yaranan etiraz dalğası nəticəsində rayon bələdiyyəsi bu mümkün qərarı yenidən nəzərdən keçirəcəyini, Yəhya Sinvarın adının şəhərin başqa hissəsindəki küçəyə verilə biləcəyini açıqlayıb.
( Bisütun kitabələrinin bir hissəsi) Cəmiyyətdə etirazın əsas səbəbi küçənin adı ilə ("Bisütun") ilə əlaqədardır.
Küçəyə bu ad ölkənin qədim tarix və mədəniyyətindən izləri bu günəcən çatdıran, e.ə. VI əsrə aid Bisütun kitabələrinin şərəfinə verilib.
Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri Yəhya Sinvar oktyabrın 17-də Qəzza zolağının Rəfəh şəhərində İsrail hərbçiləri ilə atışmada 3 terrorçu ilə birgə zərərsizləşdirilib.
Tam oxu
Xəbəri oxu