AL: Püşk Fənərbağça nın qarşısına İngiltərə təmsilçisini çıxardı

30.01.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma mərasimində Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi 1/8 finala gedən yolda İngiltərənin “Nottingem Forest” klubu ilə qarşılaşacaq.

Pley-off mərhələsinin digər cütləri belədir:

PAOK (Yunanıstan) - "Selta" (İspaniya)

"Fənərbağça" (Türkiyə) - "Nottinqem Forest" (İngiltərə)

"Panatinaikos" (Yunanıstan) - "Viktoriya Plzen" (Çexiya)

"Lill" (Fransa) - "Red Star Belqrad" (Serbiya)

"Seltik" (Şotlandiya) - "Ştutqart" (Almaniya)

"Ludogorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

"Dinamo Zaqreb" (Xorvatiya) - "Genk" (Belçika)

"Brann" (Norveç) - "Bolonya" (İtaliya).

İlk oyunlar 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью