AL: Qarabağ Bolqarıstan təmsilçisinə qarşı

30.07.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur. Sport24.az xəbər verir ki, bu turnirdə yeganə təmsilçimiz "Qarabağ" Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Bu komandalar arasında Bakıda keçirilən görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  "Şerif" (Moldova) – "Makkabi" (Tel-Əviv, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

22:00. SSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 0:0

Baş hakim: Bran van Den Dries (Belçika)

Sofiya. Vasili Levski Milli Stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью