AL: “Qarabağ” bu göstəricilərdə “10luğ”a düşdü

29.11.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” UEFA Avropa Liqasında 5 turdan sonra ən çox hücum edən komandalardandır.

FutbolPress“in məlumatına görə, xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ümumilikdə 181 hücumla 9-cu sırada qərarlaşıb. Komandanın bu hücumlarından 27-də künc zərbəsi olub, oyunçular isə 13 dəfə ofsayda düşüb.

Siyahıya 245 hücumla Çexiyanın “Slaviya” (Praqa) komandası başçılıq edir.

“Qarabağ” top qazanmada isə 10-cu pilləni tutub. Qurbanovun yetirmələri 5 oyunda 75 dəfə top qazanmağı bacarıb.

“Atlılar”ın daha bir statistikası isə qapıçı seyvləri ilə bağlıdır. Azərbaycan təmsilçisi turnirdə qolkiperləri ən çox qurtarış edən 4-cü komandadır – 23 seyv. Bu göstəricinin lideri isə 27 qurtarışla “Beşiktaş”dır.

“Qarabağ” 5 turdan sonra 4 məğlubiyyət, 1 qələbə ilə 36 komanda arasında 32-ci sıradadır.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Hesaba uyğun olmayan oyun

29 Noyabr 2024, 8:51

Dünya futbolu, Əsas xəbərlər “Qarabağ”ın futbolçularından laqeydlik

29 Noyabr 2024, 1:15

Dünya futbolu, Əsas xəbərlər, Manşet Qurban Qurbanov: “Narazılığın həddi var”

29 Noyabr 2024, 0:52

Dünya futbolu, Əsas xəbərlər, Manşet Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi”

29 Noyabr 2024, 0:25

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Qarabağ” məğlub oldu

28 Noyabr 2024, 23:38

Dünya futbolu, Əsas xəbərlər “Qarabağ” – “Lion” START HEYƏTLƏRİ

28 Noyabr 2024, 20:36

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью