AL: Qarabağ ÇSKA nı keçərsə, kiminlə qarşılaşacaq?

20.07.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Bu gün avrokuboklarda 2026/27 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimləri keçiriləcək. 

Fanat.Az xəbər verir ki, son illərdən fərqli olaraq, mübarizəyə birbaşa UEFA Avropa Liqasından başlayan "Qarabağ" da növbəti rəqibini tanıytacaq. 

UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlənlr" 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" kollektivini hər iki oyunda 3:0 yenib. Qurban Qurbanovun komandası 2-ci mərhələdə Bolqarıstan çempionu ÇSKA ilə qarşılaşacaq.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları avqustun 6-sı və 13-də keçiriləcək.
 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью