AL: Qarabağ Olimpik Liona qarşı YENİLƏNİR

28.11.2024

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün UEFA Avropa Liqası Liqa mərhələsində 5-ci turun oyunları start götürəcək. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Fransanın "Olimpik Lion" klubunu qəbul edəcək. Görüşə saat 21:45-də start veriləcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

“Qarabağ” 4 turdan sonra hazırda 3 xalla 36 komanda arasında 29-cudur. “Olimpik Lion” isə 7 xalla 9-cu pillədədir. 

"Qarabağ" növbəti turda İsveçdə "Elfsborq"un qonağı olacaq.

UEFA Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur tur
28 noyabr

21:45. "Qarabağ" – "Olimpik Lion"
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Boşko Bojoviç, Milan Mitiç (hamısı Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью