AL: “Qarabağ” turu keçdi, rəqibi bəlli oldu YENİLƏNİB

17.07.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. 

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olub. 

Qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürüb. 

Təmsilçimiz matça qolla başlayıb. 5-ci dəqiqədə Muaddib komandamızı önə keçirib: 1:0.

29-cu dəqiqədə Pedro Bikalyo hesabı 2:0 edib. 

İkinci hissəyə də fəal başlayan "Qarabağ" fərqi 3 topa çatdırıb. 57-ci dəqiqədə Zəkəriya Savo fərqlənib. 

Matç təmsilçimizin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" adını Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yazdırıb. Komandamızın bu turdakı rəqibi Bolqarıstanın ÇSKA Sofiya klubu olacaq. 

Avropa Liqası
I təsnifat mərhələsi
00:00. "Vestri" - "Qarabağ" 0:3

​​​​Qol: C. Muaddib, 5, P. Bikalyo, 29, Z. Savo, 57

İlk oyun: (3:0)

"Vestri":
Steinarsson, Qardarsson, Yohannsson, Edson Eduard, Eynarsson, Stensson, Haqbardsson, Eydal, Selven, Fall, Duah.

"Qarabağ":
Koxalski, Lanqa, Varkonyi, Hüseynov, Mateus Silva, Yankoviç, Pedro Bikalyo, Zubir, Kadi Borxes, Mouaddib, Savo.

Baş hakim: Marek Radina (Çexiya) 

ÇL: “Sabah” növbəti mərhələdə! - YENİLƏNİB Azərbaycanlı hakim Konfrans Liqası oyununu idarə edəcək Fransa - İspaniya matçının hakimləri açıqlandı "Qarabağ"da iki itki: "VESTRİ" İLƏ MATÇDA İŞTİRAK ETMƏYƏCƏKLƏR İnfantino yeni ideyanı açıqladı - DÇ-da 64 komanda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью