Icma.az, Apasport portalına istinadən məlumat yayır.
"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.
Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.
Ağdam təmsilçisinin mümkün rəqiblərinin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalardır: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.
Yığmamızın Türkiyə toplanışı üçün yekun heyəti müəyyənləşib “Araz-Naxçıvan” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB Azər Bağırov: “Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?” Vernidub: “Nə istəyirdiksə, ona nail olduq” Ayxan Abbasov “Şamaxı”dan ayrıldı - RƏSMİ