AL tarixində hələ Fernandeş kimisi olmamışdı

14.03.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Real Sosyedad"ı 4:1 hesabı ilə darmadağın edərək (ilk oyun 1:1) 1/4 finala yüksələn "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş rekorda imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu nəticəni İngiltərədəki görüşdə ispanların qapısına penaltidən 2 qol vurmaqla reallaşdırıb.

AL-də "ağ nöqtə"dən 10-cu dəfə rəqib qapısına yol tapan Fernandeş turnir tarixində ilk belə oyunçu olub.

30 yaşlı Brunu AL-də "Sportinq" və MY-nin heyətində iştirak edib. Qitənin ikinci dərəcəli klub turnirində indiyədək 53 matça çıxan orta xətt oyunçusu 23 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью