AL: “Tottenhem” çempion YENİLƏNİB

22.05.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib. 

Apasport.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb. 

Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub. 

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla "Tottenhem" titulun sahibi olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

UEFA Avropa Liqası,

Final

23:00. “Tottenhem” - “Mançester Yunayted” 1:0

Baş hakim: Feliks Zoyer (Almaniya).

"Tottenhem": 1, Qaqlielmo Vikario, 23, Pedro Porro, 17, Kristian Romero, 37, Miki Van De Ven, 13, Destini Udoqie, 29, Pep Matar Sarr, 8, İnrahima Bissuma, 30, Rodriqo Bentankur, 22, Brennan Conson, 19, Dominik Solanke, 9, Riçarlison

Baş məşqçi: Anqe Postekoqlu

"Mançester Yunayted": 24, Andre Onana, 3, Nusser Mazraui, 5, Harri Maquayr, 7, Meyson Mount, 8, Bruno Fernandes, 9, Rasmus Hoylund, 13, Patrik Dorqu, 15, Lenni Yoro, 16, Amad Diallo, 18, Kasemiro, 23, Luk Şou

Baş məşqçi: Ruben Amorim

İslandiya - Azərbaycan matçı bu şəhərdə keçiriləcək Türkiyəli hakim Konfrans Liqasının finalında Dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb Çempionlar Liqasının yeni mövsümündə 6 ingilis klubu çıxış edəcək Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью