futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk görüşləri baş tutub.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 2 matç təşkil olub.
Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” səfərdə İrlandiyanın “Şemrok Rovers” klubunun qonağı olub. Oyun Albaniya təmsilçisinin 1:3 hesablı məğlubiyyətiylə başa çatıb.
Şimali İrlandiyanın “Larn” komandası isə Gürcüstan klubu “İberiya” ilə öz evində qarşılaşıb. Görüşdə 90 dəqiqə ərzində hesab açılmayıb (0:0).
UEFA Avropa Liqası
III təsnifat mərhələsi
“Şemrok Rovers” – “Eqnatiya” (Albaniya) 3:1
“Larn” – “İberiya” (Gürcüstan) 0:0