Alaba A Seriyası klubu ilə anlaşdı

23.09.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real"dan ayrılan David Alabanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, avstriyalı müdafiəçi karyerasını İtalidaya davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı futbolçu "Udineze" ilə şifahi razılıq əldə edib. Təcrübəli mərkəz müdafiəçisi yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra A Seriyası təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, David Alaba 2021-ci ilin yayından "Real"da çıxış edirdi. Avstriya millisinin üzvü 2025/26 mövsümündə "kral klubu"nun heyətində meydana çıxdığı 16 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью