Alaba Bundesliqaya qayıda bilər

15.09.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mövsümə uğursuz başlayan "Hamburq" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə çalışır

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin əsas hədəfi "Real"dan ayrılan David Alabadır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Hamburq" hazırda azad agent statusunda olan avstriyalı mərkəz müdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, David Alaba 2021-ci ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra "Real"a keçib. 34 yaşlı futbolçu 2025/26 mövsümündə "kral klubu"nun heyətində 16 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью