Alaba nə vaxt meydana qayıdır? Ançelotti açıqladı

02.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real"ın futbolçusu David Alaba yaşıl meydanlara qayıdır. 

QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

O, artıq komanda ilə məşqlərə başlayan 32 yaşlı müdafiəçinin yanvarın sonlarında meydana çıxacağını bildirib.

Qeyd edək ki, David Alaba 2023-ci ilin dekabr ayında sıradan çıxmışdı. Futbolçuya çarpaz bağının qopması diaqnozu qoyulmuşdu. Onun "Real"la müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью