Icma.az, Qol.az portalına istinadən məlumat yayır. "Real"ın futbolçusu David Alaba yenidən sıradan çıxıb.
QOl.az klubun rəsmi saytına istinadla xəbər verir ki, avstriyalı müdafiəçinin bud əzələsində zədə aşkarlanıb.
32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, D.Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı.
O, bu səbəbdən bir ildən uzun müddət meydana çıxa bilməyib. Alaba ötən ay yenidən meydana qayıtmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.