Icma.az, Bakivaxti saytına istinadən bildirir.
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib.
O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib.
Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formula 1" çempionu olub. O, bu titula sahib çıxan sonuncu avstraliyalı idi.