Alanyaspor un futbolçusuna 1 illik şərti cəza verildi

16.02.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Alanyaspor"un və Cənubi Koreya millisinin futbolçusu Hvan Iy Co qeyri-etik davranışına görə 1 illik şərti cəza alıb.

Fanat.Az "Yonhap News"a istinadən xəbər verir ki, buna 32 yaşlı hücumçunun cinsi əlaqə zamanı qarşı tərəfin icazəsi olmadan onu videoya çəkməsi səbəb olub.

Futbolçunun sözlərinə görə, videonu sosial şəbəkələrdə qohumu yayıb və onu pula görə şantaj edib.

Qeyd edək ki, Hvan Iy Co cari mövsüm "Alanyaspor"un heyətində 17 oyunda 5 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью