Icma.az, Axsham.az saytına istinadən bildirir.
"Netflix" platforması məşhur “Alatoranlıq” franşizası əsasında animasiya serialı hazırlayacaq.
Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin “Gecəyarısı günəşi” romanı əsasında çəkiləcək. Əsərdə ilk “Alatoranlıq” filminin hadisələri "Edvard"ın dilindən nəql olunur.
Qeyd edək ki, ekran işində baş rolları Kristen Stüart və Robert Pattinson ifa ediblər.