Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfində vuruşan xarici muzdlu döyüşçülər "Axmat" tərəfindən əsir götürülmür, çünki onlar Rusiyaya qarşı döyüşməyə şüurlu şəkildə qərar veriblər".
BAKU.WS xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarə rəisinin müavini, "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri general-leytenant Apti Alaudinov bildirib.
"Biz heç vaxt bir nəfər də olsun əcnəbini əsir götürməmişik, yəni ümumiyyətlə belə bir tapşırıq olmayıb.
Mən hesab etmirəm ki, ölkəmizə qarşı döyüşməyə gələn xarici muzdlu döyüşçülər bizim qardaşlarımızdır.
Onlar heç bir halda bizə qardaş deyillər", – deyə Alaudinov əlavə edib.
Bununla belə, o qeyd edib ki, əgər Ukrayna əsgərləri təslim olmağa hazırdırsa, onların həyatını qorumaq barədə əmr qüvvədədir.
Alaudinovun sözlərinə görə, ukraynalıların əksəriyyəti cəbhəyə məcburi göndərilir.