Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniya La Liqasının 13-cü turunda “Alaves” doğma meydanda “Deportivo La Korunya”nı 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Mendisorrosa” stadionunda keçirilən qarşılaşmada hesab 2-ci dəqiqədə açılıb. Meydan sahiblərinin futbolçusu Anxel Peres komandasını önə keçirib.
Qonaqlar 41-ci dəqiqədə Nahuel Tenaqlianın avtoqolu sayəsində tarazlığı bərpa ediblər. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissədə üstünlüyü ələ alan “Alaves” 62-ci dəqiqədə Lukas Boyenin qolu ilə yenidən hesabda önə keçib. Denis Suares isə 90-cı dəqiqədə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib - 3:1.
Beləliklə, “Alaves” iki aylıq fasilədən sonra La Liqada qələbə qazanaraq uğursuz seriyasına son qoyub.
Bu nəticədən sonra meydan sahibləri 16 xalla turnir cədvəlində səkkizinci, "Deportivo La Korunya" isə 15 xalla 11-cidir.