Alba karyerasının sonuncu oyununa çıxır

06.12.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alba karyerasının sonuncu oyununa çıxır

"İnter Mayami"nin futbolçusu Jordi Alba bu gün karyerasının son oyununa çıxacaq.

QOL.az xəbər verir ki, 36 yaşlı müdafiəçi öz açıqlamasında belə bildirib.

O, MLS kubokunun "Vankover Vaytkaps" ilə final oyununun onun üçün sonuncu matç olacağını söyləyib:

"Final mənim üçün xüsusi olacaq. Çünki bu, mənim son matçımdır. Komanda və azarkeşlərimizlə birlikdə bu anın dadını çıxarmaq istəyirəm. Vidalaşmağın ən yaxşı yolu qələbə qazanmaqdır".

Qeyd edək ki, sözügedən görüş bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью